“Mançester Yunayted” futbolçusunu 84 milyon avroya satır

20.06.2019 16:54

"Mançester Yunayted”in futbolçusu Romelu Lukaku "İnter”ə keçir.

"The Sun” xəbər verir ki, futbolçu şəxsi müqaviləsini italyanlarla razılaşdırıb. Keçid baş tutsa, 26 yaşlı hücumçu həftədə 180 min funt-sterlinq qazanacaq.

Belçikalı forvard "Mançester Yunayted” rəhbərliyi ilə görüşüb və 75 milyon funt-sterlinq (84 milyon avro) qarşılığına başqa kluba satılacağına dair təminat alandan sonra "İnter”lə danışıq aparıb.

Qeyd edək ki, "Mançester Yunayted” Lukakunu 2017-ci ilin yayında "Everton”dan 90 milyon funt sterlinqə alıb.

Fanat.Az

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR