"Yuventus" "Çelsi" ilə anlaşdı: Sarri İtaliyaya qayıdır

14.06.2019 15:38

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin növbəti iş yeri "Yuventus" olacaq.

"Sky Sports" xəbər verir ki, klublar arasında razılıq əldə olunub. "Çelsi" Sarrini sərbəst buraxmaq qərarına gəlib. "Yuventus" 60 yaşlı mütəxəssisə görə təzminat ödəyəcək. Paketə bonuslar da daxil ediləcək. BBC-nin son məlumatında sözügedən məbləğin 5 milyon funt həndəvərində olacağı qeyd edilib.

Bu gün Sarrinin rəsmi olaraq London klubunu tərk edəcəyi bildirilir. "Çelsi"də italyan çalışdırıcını komandanın sabiq futbolçusu, hazırda "Derbi"də işləyən Frenk Lempardın əvəzləyici gözlənilir.

Fanat.Az

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR