Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Daniele De Rossinin yeni klubu bəlli oldu

11.06.2019 15:53

"Roma"dan ayrılan Daniele De Rossi karyerasını Avropadan kənarda davam etdirəcək.

XəzərXəbər ESPN-ə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi ABŞ-ın "Los-Anceles" klubunun təklifini qəbul edib.

Xəbərdə 35 yaşlı futbolçunun transferinin tezliklə rəsmən açıqlanacağı vurğulanıb.

De Rossi 2000-ci ildən "Roma"da çıxış edirdi. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR