Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İngiltərə millisi Millətlər Liqasında üçüncü yeri tutub

09.06.2019 20:56

İyunun 9-da UEFA Millətlər Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, Qaret Sautqeytin baş məşqçisi olduğu İngiltərə milli komandası üçüncü yer uğrunda mübarizədə İsveçrə kollektivini penaltilər seriyasında məğlub edərək bu titula yiyələnib.

Oyunun əsas vaxtında və əlavə olunmuş 30 dəqiqədə hesab açılmayıb. Penaltilər seriyasında ingilislər daha dəqiq olublar - 6:5.

Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçından sonra müəyyənləşəcək. Çempion olan komanda, həmçinin "Avro 2020”yə birbaşa vəsiqə qazanacaq.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR