Türkiyə millisi dünya çempionu Fransa yığmasını məğlub edib

09.06.2019 09:14

"Avro 2020” seçmə mərhələsi çərçivəsində H qrupunun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, Türkiyə millisi doğma azarkeşlər önündə dünya çempionu Fransa yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şenol Günəşin yetirmələrinin heyətində Kan Ayxan (30) və Cengiz Ünder (40) fərqləniblər.

Bu qələbədən sonra Türkiyə millisi üç oyuna maksimum xal toplayaraq qrup lideri olub.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR