AVRO-2022-yə ev sahibliyinə üç namizəd qalıb

08.06.2019 11:31

2022-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsini keçirmək istəyən namizəd ölkələrin sayı 3-ə enib.

Fransa, Hollandiya və Portuqaliya yarışı keçirməklə bağlı müraciəti UEFA tərəfindən qəbul olunub.

Bu ölkələrin hərəsi oyunların keçirilməsi üçün iki şəhərin adını irəli sürüb. Fransada Lill və Orhi, Hollandiyada Amsterdam və Qroningen, Portuqaliyada isə Lissabon və Portu şəhərləri AVRO-2022-ni qəbul etmək niyyətindədir. Eyni istəkdə olan Bosniya və Herseqovina, Qazaxıstan, Litva ilə İsveçin namizədliyi dəstəklənməyib.

Yarışın ev sahibi UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də Sloveniyanın Lyublyana şəhərində keçiriləcək iclasında müəyyənləşəcək. İlk dəfə 16 komandanın iştirak edəcəyi final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək. (APA)

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR