Marko Rossi: “Azərbaycanla qarşılaşmada bacarığımızın 100 faizini ortaya qoymalıyıq”

07.06.2019 09:23

"Şadam ki, həmişəki ilə müqayisədə bu dəfə hazırlıq üçün daha çox vaxtımız oldu. Azərbaycan və Uelslə seçmə oyunlarına təxminən həftəyarım birlikdə hazırlaşdıq”.

Bunu futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin sabah Azərbaycanla keçiriləcək görüşü ərəfəsində komandasının hazırlığını dəyərləndirib: "Mövsümün sonu olsa da, futbolçularda yorğunluq hiss olunmur. Əksinə, onlar daha motivasiyalıdırlar. Onların hamısı qarşıdakı iki oyunda qələbə qazanmağımızı istəyirlər. Hamıya məlumdur ki, bu qarşılaşmalarda bacarığımızın 100 faizini ortaya qoymalıyıq. Çünki konsentrasiyanın bir az itirilməsi istənilən rəqiblə matçda büdrəməyimizlə nəticələnər. Əvvəllər Estoniyada belə halla üzləşmişik. Öz qüvvəmizə inanmalıyıq. Bakıda çox çətin keçəcək görüşdə üç xal üçün mübarizə aparmalıyıq”.

Qeyd edək ki, iyunun 8-də keçiriləcək Azərbaycan – Macarıstan oyunu "Bakcell Arena”da baş tutacaq. (APA)

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR