Macarıstan millisi Azərbaycana 27 futbolçu ilə gəlir

06.06.2019 16:36

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan yığmasının heyətində daha bir dəyişiklik olub.

XəzərXəbər-in məlumatına görə, iyunun 8-də Bakıda millimizə rəqib olacaq komandanın heyətində bir futbolçu kənarlaşdırılıb.

Bu, "Uypeşt” klubunun hücumçusu Donat Şoferdir. Yığmanın təlim-məşq toplanışında zədələnən futbolçu bu səbəbdən də komandadan ayrı düşüb. O, millisi ilə Azərbaycana gəlməyəcək.

D.Şofer Macarıstan yığmasının baş məşqçisi Marko Rossinin açıqladığı 32 nəfərlik siyahıdan kənarlaşdırılan 5-ci futbolçudur. Onadək yarımmüdafiəçi Daniel Qazdaq ("Honved”), hücumçular Marton Eppellə ("Kayrat”, Qazaxıstan) Adam Bodi ("Debretsen”), müdafiəçi Attila Fiola ("Videoton”) heyətdən çıxarılıb.

Bu itkilərdən sonra Macarıstan millisinin Bakıya gələcək heyətə müəyyənləşib. Rəqibimiz səfərə 27 futbolçu ilə çıxacaq. Bu gün baş tutacaq səhər məşqi ilə toplanışı başa vuran M.Rossinin yetirmələri nahardan sonra Bakıya yollanacaq.

Qapıçılar: Dibuş Deneş ("Ferentsvaroş”), Peter Qulaşi ("Leypsiq”, Almaniya), Adam Kovaşik ("Videoton”), David Qrof ("Honved”);

Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas”, ABŞ), Bese Benabaş ("Havr”, Fransa), Yanoş Ferentsi, Bense Pavkoviç (hər ikisi "Debretsen”), Tamaş Kadar ("Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut ("Aris”, Yunanıstan), Gerqo Lovrençiç ("Ferentsvaroş”), Orban Villi ("Leypsiq”, Almaniya), Paulo Vinisius ("Videoton”);

Yarımmüdafiəçilər: David Holman ("Slovan”, Slovakiya), Jolt Kalmar ("DAK 1904”, Avstriya), Laslo Klyanheyzer ("Osiek”, Xorvatiya), İştvan Kovaç ("Videoton”), Adam Nad ("Bolonya”, İtaliya), Mate Patkay ("Videoton”), Dominik Şoboşlay ("Red Bull”, Avstriya);

Hücumçular: Balaş Cudcak ("Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Filip Holender ("Honved”), Dominik Nad ("Legiya”, Polşa), Kristian Nemets ("Sportinq Kanzas”, ABŞ), Adam Şalay ("Hoffenhaym”, Almaniya), Roland Varqa ("Ferentsvaroş”), Kristofer Vida (DAK, Slovakiya).

Qeyd edək ki, iyunun 8-də keçiriləcək Azərbaycan – Macarıstan "Bakcell Arena”da baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR