"Ayaks" "Atletiko"nun təklifini rədd etdi

05.06.2019 17:58

İspaniyanın "Atletiko" klubu "Ayaks"ın hücumçusu David Neresi transfer etmək üçün hərəkətə keçib.

XəzərXəbər "Globo Esportes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi amsterdamlılara 45 milyon avroluq təklif yollayıb. "Ayaks" "Atletiko"nun ilk təklifini rədd edib. Klublar arasında danışıqlar davam edir.

Braziliyalı futbolçunun xidmətində "Çelsi" və "Liverpul"un da maraqlı olduğu qeyd olunur.

Neresin "Ayaks"la 2022-ci ilə qədər müqaviləsi var. 22 yaşlı futbolçu ötən mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.

© xezerxeber.az


276 dəfə oxunub

ÇOX OXUNANLAR