Eriksendən ayrılıq mesajı

05.06.2019 17:52

"Tottenhem"in danimarkalı ulduzu Kristian Eriksen klubdan ayrıla bilər.

"Ekstra Bladet"ə danışan 27 yaşlı futbolçu karyerasında yeniliklər yaşamaq istədiyini deyib:

"Tottenhem"in planlarına dərin hörmətlə yanaşıram. Ancaq karyeramda yeni bir şeylər sınamaq istəyirəm".

Eriksenin adı Madrid "Real"ı ilə hallanır. "Tottenhem"də 6 mövsüm keçirən futbolçu 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avroya transfer edilmişdi.

"Tottenhem" satışından yaxşı gələr qazanmaq üçün Danimarka millisinin üzvünü satmağa müsbət yanaşır.

Eriksen ötən mövsüm 51 oyuna 10 qol vurub, 15 assist edib.

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR