"Bayern"in Sane transferi düyünə düşüb - "Mançester Siti" dəli olub"

04.06.2019 17:31

Almaniyanın "Bayern" klubunun prezidenti Uli Höness "Mançester Siti"dən transfer etmək istədikləri Leroy Sane ilə bağlı açıqlama verib.

67 yaşlı klub rəhbəri bu transfer üçün ümidli olmadığını bildirib:

"Mançester Siti" Sane üçün 100 milyon avro tələb edir. Bu transfer üçün hazırda ümid yoxdur. Bu gedişlə reallaşmayacaq. Hər şey rəqəmlərlə bağlıdır. "Mançester Siti" dəli olub. İstədikləri məbləği verməyimiz mümkün deyil. 80 milyon avro limitimizdir. Gələckdə bu rəqəmi aşmağımız mümkünsüzdür".

Münhen klubu 23 yaşlı vinger üçün 80 milyon avro təklif etsə də, "şəhərlilər" rədd cavabı verib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola almaniyalı futbolçu ilə müqaviləni uzatmaq istədiklərini demişdi.

"Mançester Siti" Almaniya millisinin üzvünü2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya almışdı. Sane başa çatan mövsümdə 47 oyuna 16 qol vurub, 18 assist edib.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR