Fransa millisinin üzvü "Real"da

04.06.2019 16:24

"Real" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

"Kral Klubu" "Lion"un müdafiəçisi Ferlan Mendini transfer edir. Artıq klublar arasında danışıqlar yekunlaşıb. "Real" bu gün 24 yaşlı sol cinah oyunçusunu tibbi yoxlanışdan keçirəcək. Bu məqsədlə ispanların həkimləri Fransadadı. Tibbi testlərdən sonra transferlə bağlı rəsmi açıqlama olacaq.

Bu keçid "Lion"a 55 milyon avro qazandıracaq. Futbolçu isə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2017-ci ildən "Lion"da çıxış edən Ferlan Mendi ötən ildən Fransa millisinə də çağırılır.

Fanat.Az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR