"Real"dan qovulan baş məşqçi yenidən La Liqada

04.06.2019 16:18

İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqinin yeni iş yeri müəyyənləşib.

Mütəxəssis "Sevilya"ya baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb. Lopeteqi bu vəzifədə Xoakin Kaparrosu əvəzləyib.

Qeyd edək ki, Lopeteqi "DÇ-2018"nin startından qısa zaman əvvəl "Real"la anlaşdığı üçün millidən kənarlaşdırılmişdi. O, ötən ilin yayından oktyabr ayına kimi "Kral Klubu"na başçılıq edib.

Fanat.Az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR