Premyer Liqada klubların sayı artırılacaq - AFFA-dan QƏRAR

04.06.2019 13:31

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

XəzərXəbər xəbər verir ki, "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən iclasda aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılacaq. Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədi ilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə Premyer Liqanın 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış edəcəklər.

Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödəniləcək.

AFFA-nın "Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə, komandaların sayının artırılması nəzərdə tutulur.

© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR