“Liverpul”un azarkeşi finaldan sonra Madriddə itkin düşüb

03.06.2019 13:34

Çempionlar Liqasının iyunun 1-də keçirilən final oyunu bir azarkeşin itməsi ilə nəticələnib.

İngiltərənin "Liverpul” klubunun fanatı olan Makouli Niqas İspaniyanın paytaxtı Madriddə baş tutan "Tottenhem”lə görüşdən sonra itkin düşüb.

23 yaşlı azarkeş komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyuna atası ilə yollanıb. Onlar vaxtlarını fan-zonada keçirmək, iyunun 2-də İngiltərəyə qayıtmağı planlaşdırıblar. Amma qələbənin bayram edilməsindən sonra atası M.Niqası tapa bilməyib.

Fanatın bacısı bu barədə elan verib və məlumatı olanlara yardınla bağlı müraciət ünvanlayıb. İtən azarkeşin qardaşı Eşli isə Madridə yollanıb ki, atası ilə birlikdə xəstəxana və polis bölmələrini axtarsın. (ONA)

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR