"Xəmsə" fanklubunun rəhbəri vəfat edib

02.06.2019 16:11

Gəncədə fanklub rəhbəri dünyasını dəyişib.

Ona-nın yerli bürosunun məlumata görə, "Xəmsə" fanklubunun rəhbəri 1958 ci il təvəllüdlü Adil Məmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.

A. Məmmədov uzun müddət xəstəlikdən əziyyət çəkib və bir neçə dəfə əməliyyat olunub.

Mərhum bu gün Gəncə futbol ictimaiyyətinin iştirakı ilə Gəncə şəhər mərkəzi stadionundan son mənzilə yola salınıb. A. Məmmədov Səbiskar qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, A. Məmmədov 2008-ci ildən "Xəmsə" fanklubunun rəhbəri vəzifəsində çalışıb.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR