"Mançester Yunayted"dən “İnter”ə “yox” cavabı

01.06.2019 15:03

"Mançester Yunayted” xeyli müddətdir "İnter”in hədəfində olan Romelu Lukakunun transfer qiymətini müəyyənləşdirib.

"Qırmızı şeytanlar” "İnter”in belçikalı hücumçu üçün etdiyi 35 milyon avro+İvan Perişiç təklifini rədd edib. "Mançester Yunayted”in Lukakunu 90 milyon avrodan az qiymətə satmayacağı bildirilir.

Bir neçə gün əvvəl "neradzurra”nın Lukakuya ildə 7,5 milyon avro olmaqla, 5 illik müqavilə təklif etdiyi və tərəflər arasında şifahi razılığın əldə olunduğu ilə bağlı xəbərlər yayılmışdı.

Bu mövsüm "Mançester Yunayted”in heyətində 45 oyunda iştirak edən Lukaku, bu matçlarda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR