"Çelsi" Hazarda əvəzləyici tapdı

01.06.2019 12:11

"Çelsi"nin yaxın günlərdə "Real"a keçməsi gözlənilən Eden Hazardın yerinə transfer etmək istəydiyi futbolçunun kimliyi müəyyənləşib.

"The Mirror" xəbər verir ki, London klubu "Barselona"dan Filip Kountinyonu transfer etməyə çalışır. "Çelsi" iki mövsümlük transfer qadağasına etiraz edib. Etiraz qəbul ediləcəyi halda Kountinyonun transferi reallaşacaq.

Qeyd edək ki, Kountinyo 2018-ci ilin yanvarında "Liverpul"dan "Barselona"ya 145 milyon avroya transfer olunub. 26 yaşlı futbolçu 2018/19 mövsümündə oynadığı 54 rəsmi matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR