"Real"da yeni baş məşqçi - Raul Qonzales

30.05.2019 13:28

"Real" əfsanəvi futbolçusu Raul Qonzalesə yeni vəzifə verir.

Veteran futbolçu "Kral Klubu"nun B komandası olann "Real Madrid Kastilya"nın baş məşqçisi təyin olunacaq.

Qeyd edək ki, Raul 1992-ci ildə "Atletiko"dan "Real"a transfer olunub və 2010-cu ilədək "Kral Klubu"da çıxış edib. Bu müddətdə o, 741 rəsi oyuna çıxaraq 325 qol vurub və 107 məhsuldar ötürmə edib, 16 kubok qazanıb. O, 2010-2015-ci illərdə Almaniyanın "Şalke 04", Qətərin "Əl-Sədd" və ABŞ-ın "Nyu York Kosmos" klublarında çıxış edib, 1996-2006-cı illərdə oynadığı İspaniya millisində keçirdiyi 102 oyunda 44 qol vurub.

Fanat.Az

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR