İngilis nəhənglərindən türk futbolçuya 40 milyon avro

30.05.2019 13:24

"Roma"nın futboçusu Çengiz Ünder İngiltərə Premyer Liqasına transfer oluna bilər.

"Arsenal" və "Tottenhem" türk futbolçunu heyətinə qatmaq istəyir.

Hər iki klub hazırda "Roma" ilə danışıqlar aparır. İtaliya klubunun Çengiz üçün minimum 40 milyon avro tələb etdiyi, ingilislərin bu məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 21 yaşlı forvard bu mövsüm "Roma"nın heyətində 33 rəsmi oyuna çıxaraq 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR