Konte "İnter"lə müqavilə bağladı

30.05.2019 10:28

"İnter"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

XəzərXəbər xəbər verir ki, Milan klubunu Antonio Konte çalışdıracaq. Bu barədə italiyalı məşqhur jurnalist Canluka di Marsio məlumat yayıb. O,Kontenin 3 illik müqavilə imzaladığını bildirib. İtaliyalı mütəxəssisin"İnter"də qazancı ilinə 4 milyon avro olacaq.

Təyinatın sabah açıqlanacağı gözlənilir.

Konte son olaraq, "Çelsi"də çalışıb.

© xezerxeber.az


187 dəfə oxunub

ÇOX OXUNANLAR