"Çelsi"də AĞIR İTKİ: aparıcı oyunçusu Bakıya gələ bilməyəcək

27.05.2019 12:06

"Çelsi" Bakıya daha bir ciddi itki ilə gələcək.

XəzərXəbər İngiltərə mediasına istinadən xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Arsenal"la mübarizədə komandasına kömək edə bilməyəcək.

O, son məşqində ayağını zədələyib. Diz nahiyəsindən aldığı zədə ciddi olduğu üçün final matçında oynaması ehtimalı çox azdır.

Qeyd edək ki, daha əvvəl Ruben və Loftus-Çik Kallum Hadson-Odoinin də zədə səbəbindən oynamayacağı dəqiqləşmişdi.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

"Arsenal" artıq Bakıdadır və ilk məşqini keçirib.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR