Lionel Messi karyerasında altıncı dəfə “Qızıl buts” mükafatına sahib olub

25.05.2019 18:22

"Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında altıncı dəfə "Qızıl buts” mükafatına layiq görülüb.

Xezerxeber.az xəbər verir ki, o, La Liqanın 2018-2019-cu il mövsümündə 34 oyunda 36 top vurub və 13 məhsuldar ötürmə edib. Hər iki göstərici üzrə birinci yeri tutan Messinin "Qızıl top” uğrunda mübarizədə ən yaxın rəqibi Fransanın "Paris Sen-Jermen” klubunun forvardı Kilian Mbappe olub. Fransalı hücumçu mövsümü 33 qolla başa vurub. Üçüncü yeri isə 26 qolla İtaliyanın "Sampdoriya” komandasının hücumçusu Fabio Kvalyarella tutub.

Xatırladaq ki, Lionel Messi 2010-cu, 2012-ci, 2013-cü, 2017-ci və 2018-ci illərdə də "Qızıl buts”a sahib olub. 2004-cü ildən "Barselona”nın heyətində çıxış edən Messi bu müddətdə 10 dəfə İspaniya çempionatının, 6 dəfə İspaniya Kral Kubokunu, 8 dəfə İspaniya Superkubokunun və 4 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

© xezerxeber.az


119 dəfə oxunub

ÇOX OXUNANLAR