Kərim Benzema cari ayda üçüncü mükafatını qazanıb

22.05.2019 13:14

İspaniyanın "Real Madrid” futbol klubunun fransalı hücumçusu Kərim Benzema may ayında üçüncü mükafatını qazanıb.

Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu cari mövsümdə Madrid təmsilçisinin heyətində ən yaxşı futbolçu seçilib və "Mahou Cinco Estrellas” mükafatına layiq görülüb. Səsvermədə klubun azarkeşləri iştirak ediblər.

K.Benzema 2018-2019-cu il mövsümündə noyabr, yanvar, mart və aprel aylarında da ən yaxşı futbolçu adına layiq görülüb. Fransalı hücumçu may ayında "Aprel ayının ən yaxşı” futbolçusu adına sahib olmaqla yanaşı, Fransa Milli Peşəkar Futbolçular Birliyi tərəfindən xarici klubda forma geyinən ən yaxşı fransalı futbolçu nominasiyasında da mükafat qazanıb.

Benzema 2018-2019-cu il mövsümündə "Real Madrid”in heyətində 53 oyunda 30 qol vurub və 7 məhsuldar ötürmə edib.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR