"Osasuna" La Liqaya qayıtdı

21.05.2019 17:43

İspaniya La Liqasına vəsiqə qazanan ilk klub bəlli olub.

"Osasuna" Sequndanın başa çatmasına 3 tur qalmış elitaya vəsiqə qazanmağı rəsmiləşdirib. 3-cü pillədəki "Albasate"nin xal itirməsindən sonra pamplonalıların ilk iki pillədə qərarlaşacağı dəqiqləşib.

"Osasuna" iki ildən sonra La Liqada çıxış edəcək.


© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR