Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?

21.05.2019 17:29

"Trabzonspor" klubunun futbolçusu Murat Cem Akpınar Türkiyə və Azərbaycanın əsas milliləri arasında seçim edəcəyini açıqlayıb.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafəçi Türkiyə mətbuatına açıqlamasında deyib:

"Azərbaycan milli komandasının aşağı yaş qruplarında oynamışam. Təklif gələcəyi təqdirdə, Türkiyə yığmasında da oynaya bilərəm. Hələ bir seçim etməmişəm".

Murat Cem Akpınar 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib. O, yığmada keçirdiyi 13 oyunda 2 qola imza atıb.

© xezerxeber.az


430 dəfə oxunub

XƏBƏRLƏR

14.08.2020 09:57

Bu gün hava necə olacaq?

ÇOX OXUNANLAR