Simone İnzaqi “Yuventus”u çalışdırmağa razılıq verdi

21.05.2019 16:42

İtaliyanın "Latsio” klubunun baş məşqçisi Simone İnzaqi "Yuventus”u çalışdırmağa razılıq verib.

ONA-nın bu ölkənin mətbuatına istinadən məlumatına görə, mütəxəssis Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi ilə görüşüb.

Əməkdaşlığı müzakirə edən tərəflər arasında ilkin razılıq əldə olunub. 43 yaşlı çalışdırıcı "Yuventus”un baş məşqçi postuna namizədlərin siyahısında yer alıb. Bu siyahıda Antonio Konte, Pep Qvardiola, Maurisio Poçettino, Maurisio Sarri də var.

Qeyd edək ki, "Yuventus” rəhbərliyi mövsümün sonunda Massimilano Alleqri ilə yollarını ayıracağını açıqlayıb. 2014-cü ildən turinlilərə rəhbərlik edən mütəxəssis bu müddətdə komandayla 5 dəfə ölkə çempionu olub.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR