“Barselona”nın müdafiəçisi zədələnib

21.05.2019 10:15

İspaniyanın "Barselona” futbol klubunun müdafiəçisi Nelson Semedo zədələnib.

Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalı müdafiəçi İspaniya çempionatının 38-ci turunda "Eibar”la (2:2) görüşün 46-cı dəqiqəsində başından aldığı zədə səbəbindən İspaniya kubokunun final oyununu buraxacaq.

İspaniya kubokunun final oyunu mayın 25-də Bakı vaxtı ilə saat 23:00-da "Barselona” və "Valensiya” klubları arasında keçiriləcək.

N.Semedo cari mövsümdə "Barselona”nın heyətində keçirdiyi 45 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR