“Ştutqart”ın yeni baş məşqçisi müəyyənləşib

20.05.2019 15:30

Almaniyanın "Ştutqart” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Ştutqartın eyniadlı təmsilçisini yeni mövsümdən Tim Valter çalışdıracaq.

43 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, 2021-ci ilin yayına qədər Almaniya klubuna rəhbərlik edəcək.

Əvvəllər "Bavariya”nın gənclərdən ibarət komandasına rəhbərlik edən T.Valterin son iş yeri "Kiel” olub. 2-ci Bundesliqada mübarizə aparan komanda başa çatan mövsümdə 6-cı yeri tutub.

Qeyd edək ki, baş məşqçi Markus Vaynsirli apreldə istefaya göndərən "Ştutqart” Bundesliqada 16-cı yeri tutub. Komanda yerini qorumaq üçün "Union Berlin”lə pley-off oyunlarında qüvvəsini sınayacaq.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR