Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Lill" bəyan etdi: Pepe ayrılır

20.05.2019 15:44

Gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək Fransanın "Lill" klubunun baş məşqçisi Kristof Qaltye komandanın ulduzu Nikolas Pepenin yayda ayrılacağını deyib.

52 yaşlı mütəxəssis 23 yaşlı vingerin hansı kluba keçəcəyini açıqlamayıb: "Pepe komandadan ayrılacaq. Həyat və futbol belədir. Pepe ən üst səviyyədə oynayacaq futbolçudur. Bizim də belə qərar verməyimiz lazım idi. Növbəti mövsüm hansı klubda çıxış edəcəyini bilmirəm. Buna özü qərar verəcək. Məncə, Avropa nəhəngləri Pepe uğrunda mübarizə aparacaq. Xeyli vaxtı var, düşünüb, qərar verəcək".

"Lill"in prezidenti Jerar Lopes də Pepenin ayrılığını təsdiq edib: "Pepe komandamızı tərk edəcək. Maliyyə cəhətdən bu transfer əlimizi yaxşılaşdıracaq".

İngiltərə mətbuatı "Lill"in kot-d-ivuarlı futbolçu üçün 75 milyon avro tələb etdiyini yazıb. Gənc futbolçunu "Bayern", "Arsenal" və "Mançester Yunayted" klubları transfer etmək istəyir.

"Lill" Pepeni 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer edib. O, bu mövsüm Liqa 1-də 36 oyuna 20 qol vurub, 11 assist edib.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR