Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib

20.05.2019 11:43

"Paris Sen-Jermen” klubunun gənc hücumçusu Kilian Mbappe Peşəkar Futbolçular Milli Birliyinin (UNFP) qərarına əsasən, 2018-2019-ci il mövsümündə Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Xezerxeber.az xəbər verir ki, Fransa milli komandasının üzvü cari mövsümdə 28 oyunda 32 dəfə fərqlənərək ölkə çempionatının ən məhsuldar futbolçusu olub. Bu, K.Mbappenin cari ildə ikinci mükafatıdır. O, bir həftə əvvəl Fransanın ən yaxşı gənc futbolçusu elan edilmişdi.

Peşəkar Futbolçular Milli Birliyinin qərarına əsasən, "İlin ən yaxşı qapıçısı” nominasiyasında "Lill” klubunun qolkiperi Mayk Menya, "İlin ən yaxşı məşqçi”si həmin komandanın çalışdırıcısı Kristof Qaltye ("Lill”) seçilib. "Real Madrid” klubunun hücumçusu Kərim Benzema isə Fransanı xaricdə təmsil edən ən yaxşı futbolçu adına layiq görülüb.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR