Azərbaycan taekvondoçusu ikiqat dünya çempionu olub

20.05.2019 09:35

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Xezerxeber.az xəbər verir ki, o, çempionatın həlledici döyüşündə yunanıstanlı Apostolos Telikostoqlounu 22:12 hesabı ilə məğlub edərək yarışın qızıl medalını qazanıb.

Dünya çempionatında 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz M.Hərçəqani kubalı, fransalı və moldovalı idmançılarından üstün olaraq yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə taekvondoçumuz Koreya təmsilçisinə də qalib gələrək yarışların finalına yüksəlib. Yığmamızın üzvü həlledici görüşdə yunanıstanlı idmançını məğlubiyyətə uğradaraq ikiqat dünya çempionu tituluna sahib olub.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR