Rusiyada yeni rekord qeydə alınıb

20.05.2019 09:16

Rusiyanın Primorye əyalətində keçirilən "Ölkələrarası Vladivostok Avtoşou”sunda yeni rekorda imza atılıb.

Pouerlifting və ağır atletika çempionu İvan Savkin 18 ton 600 kiloqram ağırlığında olan yük maşının iplə çəkməyi bacarıb.

Qeyd edək ki, daha əvvəllər o, 11 ton 300 kilo ağırlığında bir gəmi və 18 tonluq traktoru öz gücü hesabına çəkərək rekord qırmışdı.

Onun yeni göstəricisi Ginnesin nümayəndələri tərəfindən rəsmiləşdiriləcək.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR