"Çelsi"ni almaq istəyir - 2.5 milyard təklif edir

20.03.2019 16:12

"Çelsi"nin sahibi dəyişə bilər.

Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə,

Britaniyanın ən varlı iş adamı Cim Retkliff "Çelsi"nin səhmlərini almaq istəyir.

Fanat.Az xəbər verir ki, iş adamı klubun hazırkı sahibi Roman Abromoviçin tələb etdiyi 2,5 milyard funt-sterlinqi ödəməyə hazır olduğunu bildirib.

Cim Retkliffi düşündürən əsas məqam "Stemford Bric" stadionunun rekonstruksiyası böyük maliyyə vəsaitinə ehtiyacın olmasıdı.

Qeyd edək ki, Retkliffin sərvəti 21 milyard funt-sterlinq olaraq qiymətləndirilir.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR