Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Almeyda Ramosu geridə qoydu

12.10.2018 15:34

Milli komandamızın üzvləri Riçard Almeyda və Qara Qarayev UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə qərarlaşıblar.

Qurumun rəsmi saytı xəbər verir ki, braziliyalı milliləşmiş yarımmüdafiəçi 3 oyunda 215 dəqiq ötürmə ilə siyahıya başçılıq edir. Qarayev isə 3-cü pillədə yer alır. Onun ehtiyatında 201 ötürmə var. Qarayev İspaniya millisinin üzvü Serxio Ramosdan cəmi 3 ötürmə az edib.

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR