Milli komandaya çağırılmayan futbolçu əsəbiləşib karyerasını bitirdi

17.05.2018 17:52

"Bavariya”nın hücumçusu Sandro Vaqner milli komandadakı karyerasını başa vurduöunu açıqlayıb.

Buna səbəb onun Dünya Çempionatı üçün yığılan komandaya çağırılmamasıdır.

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv 27 nəfərlik oyunçu heyətini dünən açıqlayıb və forvard xəttinə "Feyrburq”da forma geyinən Nils Peterseni qoyub.

Bundan xəbər tutan Vaqner futbol federasiyasına və baş məşqçiyə reaksiya olaraq milli komandadakı karyerasını bitirdiyini açıqlayıb. O, xəbəri öyrənərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, ilk dəfə 29 yaşında milli komandaya çağırılan Sandro Vaqner 8 oyunda 5 qol vurub.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR