Zərdabda 3 aylıq uşağı ilə evdən qaçan 18 yaşlı gəlin tapılıb.
Bu barədə AzNews.az-a evdən qaçan Aynaz Hacıyevanın qayınanası Səmsiyyə Hacıyeva deyib.
O, gəlininin Salyan rayonunda öz anasının qeyri-rəsmi nikahda olan
ərinin evində olduğunu bildirib: "Hazırda kişinin evindədir. Aynaza
yalvardım, qarşısında diz çökdüm, dedim gəl gedək, sənin ərin, uşağın
var. Amma Aynaz bizim zəhmətimizi yerə vurdu, anasını seçdi. Deyir,
"sənin oğlunla bir yerdə yaşamaq istəmirəm, rahat həyat istəyirəm”. Onun
başını anası yedi. Aynazı anası hədələyib.
Səmsiyyə Hüseynova deyib ki, oğlu Aynazın evə qayıtmasının tərəfdarıdır: "Oğlum da arvadını istəyir. Ortada uşaq var”.
Aynaz Hacıyeva isə bu ailənin dağılmasına səbəb həyat yoldaşının
atalığının və qaynının onunla qeyri-etik davranışları olduğunu deyib:
"Mən həyat yoldaşımı sevib getmişəm. 3 aylıq uşağım var. Sevgim bir ilin
içində nifrətə çevrildi. Qaynımla, ərimin atalığı mənimlə pis
davranırdılar, ağızlarına gələn söyüşləri işlədirdilər. Yemək azca gec
bişəndə, toyuq-cücənin ağzı gec bağlananda məni təhqir edirdilər. Evdə
hər gün dava-dalaş idi, gəlinlə davranışlarını bilmirlər. Mən ərimlə
qurtarmışam. Qayınanam efirə çıxıb haqqımda pis-pis danışıb. Onlara
nifrət edirəm. Heç ağıllarından da keçirməsinlər ki, onlara uşaq
verəcəyəm. O ailəyə qız uşağını verməyəcəyəm”.
Qeyd edək ki, Zərdab rayonunda 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də üç aylıq qızı ilə birlikdə evdən gedib.