Xəzər Xəbər

Agentlik Bakı küçələrində gizli kameralar quraşdırdı VİDEO

Veb TV | 15:21 • 24 Sentyabr 2018
Agentlik Bakı küçələrində gizli kameralar quraşdırdı

Bakı Nəqliyyat Agentliyi avtomobillərini qanunsuz park edən sürücülərlə bağlı sosial çarx hazırlayıb.

XəzərXəbər xəbər verir ki, Sosial çarx gizli kameralar vasitəsilə çəkilib. Sosial çarxdan göründüyü kimi bəzi sürücülər pandusun üzərinə çıxmaqla avtomobillərini qanunsuz şəkildə səkidə saxlayırlar.

Agentlikdən bildirilib ki, çarxın hazırlanmasında məqsəd, avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.

Xəbər lenti