Xəzər Xəbər

Bakıda uçqun: iri daşlar bahalı avtomobilin üstünə töküldü - FOTO

Hadisə | 10:54 • 23 Sentyabr 2018
Bakıda uçqun: iri daşlar bahalı avtomobilin üstünə töküldü -

Bu gün səhər saatlarından Bakıya yağan intensiv yağış fəsadlar törədib.


Yağış suları Yasamal rayonu İzmir küçəsi 7 ünvanında yerləşən tikilidə uçquna səbəb olub. Belə ki, tikilinin bir hissəsi yaxınlıqda dayanmış "Toyota Prado” markalı avtomobilin üstünə uçub.

Hadisə nəticəsində avtomobilə xeyli ziyan dəyib.

Hadisə yerindən çəkilmiş fotonu təqdim edirik. (Publika.az)

Xəbər lenti