Xəzər Xəbər

Bakıda dəhşətli qəza: 4 nəfər ölüb - VİDEO

Veb TV | 20:45 • 20 Sentyabr 2018
Bakıda dəhşətli qəza:

Bir neçə saat əvvəl Bakıda dəhşətli yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, "Hunday" markalı minik avtomobilinin yüksək sürətlə hərəkət edərək işıq dirəyinə çırpılması nəticəsində 4 nəfər elə hadisə yerində dünyasını dəyişib.

Dərhal hadisə yerinə təcili yardım briqadaları və polis cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə hərəkət edən zaman arxa təkərinin partlaması olub.

Qəza səbəbindən prospektdə böyük tıxac yaranıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti