Ağstafada ər və arvad qonşuları tərəfindən döyülüb.
Xezerxeber.az-ın məlumatına görə, həyətdən gələn tüstü ər və arvadın döyülməsi ilə nəticələnib.
Ağstafanın Köçəsgər kəndində, kənd sakinləri 31 yaşlı Ramiz Sultanov və onun həyat yoldaşı 30 yaşlı Aliyə Sultanova qonşuları tərəfindən döyülüb. Səbəb isə zərərçəkənlərin həyətlərində ocaq yandırması olub. Bu da Cabbarovlar ailəsini narahat edib.
Ər və arvad təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zərərçəkənlərin sözlərinə görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də bir neçə dəfə mübahisə yaşanıb.
Faktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: