Xəzər Xəbər

Leysan yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 14:18 • 14 İyun 2018
Leysan yağacaq, şimşək çaxacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Xəbər lenti