Xəzər Xəbər

Nazirlər Kabinetinin YENİ TƏRKİBİ təsdiqləndi - VİDEO

Veb TV | 20:59 • 21 Aprel 2018
Nazirlər Kabinetinin

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Yeni tərkibdə bir sıra dəyişiklər var.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Qərara əsasən bir sıra nazirliklərə, qurum və idarələrə yeni rəhbərlər təyin olunub.Bundan başqa, baş nazirin müavinləri də təyin olunub. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Baş Nazirin müavini təyin olunub.Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu Rövşən Rzayev, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, Kənd təsərrüfatı naziri Heydər Əsədovu İnam Kərimov əvəz edib. Samir Nuriyev isə Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunub.

Yeni tərkibdə Yaqub Eyyubov baş nazirin birinci müavini,Əli Əhmədov və Əli Həsənov isə müavin təyin olunublar. Daxili işlər naziri - Ramil Usubov, energetika naziri - Pərviz Şahbazov, ədliyyə naziri - Fikrət Məmmədov, fövqəladə hallar naziri - Kəmaləddin Heydərov, xarici işlər naziri - Elmar Məmmədyarov, iqtisadiyyat naziri - Şahin Mustafayev, maliyyə naziri - Samir Şərifov, müdafiə naziri - Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - Ramin Quluzadə, vergilər naziri - Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov əvvəlki vəzifələrini icra edəcəklər.


Xəbər lenti

Çox oxunanlar