Xəzər Xəbər

Fatih Terimə növbəti cəza: 10 oyun oldu

İdman | 13:12 • 14 Noyabr 2018
Fatih Terimə növbəti cəza:

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə daha 3 oyunluq cəza verib.


Buna onun Çempionlar Liqasının qrup mərhələsində "Şalke" ilə oyundan sonra keçirilən mətbuat konfransıda federasiya və hakimlərin əleyhinə səsləndirdiyi fikirlər səbəb olub.


Qeyd edək ki, Fatih Terim bundan əvvəl "Fənərbaxça" ilə matçda hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılmış və 65 min lirə cərimələnmişdi. O, cəzasının bir oyununu ölkə çempionatında "Kayserispor"la görüşdə çəkib.


Fanat.Az

Xəbər lenti