Yanvarın 21-də İspaniya çempionatının 20-ci turunda növbəti oyunlar keçirilib.
Xezerxeber.az məlumat verir ki, turun ən böyükhesablı nəticəsi Madriddə qeydə alınıb. Paytaxt təmsilçisi "Real" öz meydanında "Deportivo"nu 7:1 hesabı ilə darmadağın edib.
"Kral klubu”nun heyətində Naço, Beyl və Ronaldo dubl ediblər. Digər qolu isə Modriç vurub.
Hazırda Madridin "Real" klubu 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zidanın yetirmələri digər komandalardan bir oyun az keçiriblər.