Xəzər Xəbər

Koronavirusu məhv edən yeni ixtira

Cəmiyyət | 17:35 • 4 Dekabr 2020
Koronavirusu məhv edən yeni ixtira

Çexiyalı alimlər səthinə düşən bakteriya və virusları məhv edən xüsusi kağız hazırlayıblar.


CTK agentliyi yazır ki, həmin kağız yeni koronavirus növünün hissəciklərini də məhv edə bilər.


Kağıza sink və gümüşə əsaslanan xüsusi kimyəvi maddələr hopdurulub. Onlar virusları, bakteriyaları və mayaları öldürürlər, ancaq insan dərisi üçün təhlükəsiz qalırlar.


Qeyd edilir ki, bir dəqiqə ərzində onun səthindəki mikrobların 99 faizi yox olur.


Əlavə bir dəyişiklik sayəsində bu cür kağız səthinə dəyən yeni növ koronavirusun hissəciklərinin öhdəsindən gələ bilər. Testlər göstərib ki, 10 dəqiqə ərzində bu cür kağıza düşən koronavirus hissəciklərinin 70 faizi ölür və 30 dəqiqə ərzində onlar tamamilə yox olur.


Yaradıcıları ümid edirlər ki, yeni ixtira banknotların və müxtəlif sənədlərin istehsalında istifadə olunacaq. Yaxın gələcəkdə Çexiyada ilk 10 ton belə kağız istehsal etmək planlaşdırılır.oxu.az 


Nərmin Məcidli



Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti