Xəzər Xəbər

Dekabr və yanvarda vəziyyət daha da pisləşəcək - Üçüncü dalğa gözlənilirmi?

Gündəm | 13:56 • 2 Dekabr 2020
Dekabr və yanvarda vəziyyət daha da pisləşəcək -


Dekabr və yanvar aylarında COVID-19-la bağlı situasiyaya daha da pisləşəcək.


Bunu Xezerxeber.az-a açıqlamasında həkim-infeksionist İlahə Vəliyeva deyib.


Onun sözlərinə görə, soyuq temperatur virusların artmasına şərait yaradır:


"Virus yüksək temperaturda aktiv olmadığı üçün yayda yoluxanların sayında azalmalar olmuşdu. Soyuq temperatur viruslar üçün daha əlverişlidir. Bu səbəbdən havalar soyuyan kimi həm yoluxanların, həm də ölənlərin sayında artım müşahidə olundu. Hesab edirəm ki, dekabr və yanvar aylarında vəziyyət pik həddə çata bilər. Amma bir çox ölkələrdəki kimi bizdə də üçüncü dalğanın olub-olmayacığını demək tezdir”.


İlahə Vəliyevə bildirib ki, insanlarda immunitet sisteminin aşağı olması artıma təsir edən əsas faktorlardan biridir:


"Təkrar virusa yoluxma halları gözləniləndir. Hətta bir şəxsin üçüncü dəfə yoluxması qaçılmazdır. Koronavirusa qarşı davamlı immunitet sistemi yoxdur. Sevindirici hal immunitet sisteminin insan orqanizmində minimum altı ay qala bilməsidir. Həmin müddət bitdikdən sonra orqanizm yenidən həssaslaşır.


Normal rejim qaydalarına əməl olunmalı, mövsümə uyğun meyvələr və çoxlu maye qəbul edilməlidir. Adi su içə bilməyənlər isə istənilən meyvə şirəsindən istifadə edə bilər”.

İnfeksionist yoluxmaların daha çox yas mərasimlərində baş verdiyini bildirib:


"Son vaxtlar məlum məsələlərlə bağlı olaraq şəhidlərin yas mərasimlərində qaydalara əməl olunmur. Nadir hallarda maskalardan istifadə olunur”.


İlahə Vəliyevə qeyd edib ki, vaxtında özünütəcrid rejiminə əməl etmək yoluxanların azalmasına səbəb ola bilər.


Sevinc Yasinqızı

Xəbər lenti