Xəzər Xəbər

Koronavirusa görə iş saatları dəyişdirilə bilər? Deputatdan təklif

Cəmiyyət | 12:25 • 30 Noyabr 2020
Koronavirusa görə iş saatları dəyişdirilə bilər?

Ölkədə koronavirusa yoluxma pik həddə çatıb. Təkcə ötən gün ərzində 4170 nəfər sözügedən virusa yoluxub, 38 nəfər isə bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.



Paytaxt ərazisində günün pik saatlarında insan sıxlığının olduğunuz nəzərə alsaq yoluxma riski qaçılmazdır. Maraqlıdır, belə olan halda sıxlığın azaldılması üçün müəssisələrdə iş qrafikinin dəyişdirilməsi mümkündürmü?



Mövzu ilə bağlı danışan deputat Məlahət İbrahimqızı işçilərin həftənin müəyyən günlərində işə gəlməsinin daha uyğun addım ola biləcəyini düşünür:



"İş saatını dəyişdirmək nəticə verməyəcək. Yaxşı olardı ki, müəssisələr işçi sayını azaltsın. Təbii ki, müəssisələri tamamilə qapamaq olmaz, iş də getməlidir. İmkan daxilində işçiləri həftənin ya tək, ya da cüt günləri olmaqla işə çağırmaq lazımdır. İndi əsas problemlərdən biri də işçilərin işə gələrkən bir-birinə yaxın olması, sosial məsafəni gözləməməsidir. İlkin olaraq sosial məsafənin qorunması məsələsinə riayət edilməlidir".


 


Deputat insanların koronavirusla əlaqədar panikaya düşməsinin fəsadlarından da söz açıb:



"Bizdə koronavirusla bağlı panika da çoxdur. Bundan əvvəl qrip olan və bunu normal qarşılayan insanlar koronavirusa yoluxanda qorxuya düşürlər. Süni şəkildə özündə təşvis yaradıb qorxuya düşmək insanın istənilən xəstəliyə qarşı immunitetini aşağı salır. Çalışıb özümüzü soyuqdan qorumalı, immuniteti güclü tutmalıyıq. Yəqin ki, yaxın zamanlarda peyvəndin vurulmasına başlanılacaq və dünya bu bəladan qurtulacaq"./Sfera.az


Ramil

Xəbər lenti