Kəlbəcərin işğal edilməsindən sonra qanunsuz olaraq ora yerləşmiş mülki erməni işğalçıları salamat qalmış sonuncu evləri də dağıdıb od vurur. Və noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılacaq bu əraziləri tərk edir.
Mülki erməni işğalçılarının Kəlbəcər rayon mərkəzini tərk etməsi barədə bu ərazilərdə dolaşan amerikalı jurnalist-bloqer Patrik Lankaster növbəti reportajında bəhs edir. Bu həmin jurnalistdir ki, müharibə başlayandan bəri Qarabağda dolaşır və ermənilərin "əzab çəkdikləri barədə” reportajlar hazırlayıb YouTube kanalında yayır. O, hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də görünür sonradan ermənilərin verdikləri ianə hesabına yenidən Qarabağa dönüb və bu dəfə "erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları” barədə reportajlar hazırlamaqla məşğuldur.
Ermənipərəst amerikalının hazırladığı növbəti reportajda Kəlbəcər şəhərində ev əşyalarını, qəbir daşlarını və əllərinə keçən hər şeyi maşınlara yükləyən erməniləri görmək olur. Onlardan biri deyir ki, 2 gün sonra Kəlbəcər Azərbaycanın nəzarəti altına qaytarılacaq və bu səbəbdən 25 ildir yaşadıqları yerləri tərk edirlər. Həmin erməni ailələrinin artıq Ermənistana getdiyini bildirir.
Sanki Kəlbəcərə Azərbaycanın dəvəti ilə gəlib dürtülmüş və indi rədd olub getdiyi üçün özünü "incidilmiş məxluq” kimi göstərən bu ermənilər jurnalisti müşaiyət edən şəxsin rusdilli olduğunu görən kimi "yəqin Putin bizə kömək edər” deyir.
P.Lankaster "qaçqınlar" kimi təqdim etdiyi ermənilərin Kəlbəcərdən çıxarkən evləri, məktəbləri, infrastrukturu yandırdıqlarını, azərbaycanlılara qalmasın deyə yararsız hala saldıqlarını da qeyd edir.
virtualaz.org
Rubrikanın digər xəbərləri
Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır – XƏBƏRDARLIQ
VİDEO
20:50 • 17 Aprel 2024
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib – AĞILASIĞMAZ İDDİA
VİDEO
20:30 • 17 Aprel 2024
Xəbər lenti
Tovuzda marşurut sürücüləri yazılan cərimələrlə razı deyillər - ŞİKAYƏT
VİDEO
21:10 • 17 Aprel 2024
Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır – XƏBƏRDARLIQ
VİDEO
20:50 • 17 Aprel 2024
Sosial şəbəkələr üzərindən satılan soyuq silahlarla bağlı ARAŞDIRMA
VİDEO
20:40 • 17 Aprel 2024
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib – AĞILASIĞMAZ İDDİA
VİDEO
20:30 • 17 Aprel 2024
Laborator cihazların əksəriyyəti eynidirsə “check-up” qiymətləri NİYƏ FƏRQLİDİR?
VİDEO
20:10 • 17 Aprel 2024
Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə
artırılacaq
19:30 • 17 Aprel 2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya
aşkarlanıb
18:30 • 17 Aprel 2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə
imzalanıb
17:48 • 17 Aprel 2024