Xəzər Xəbər

Bu maskanın qiyməti sizi şoka salacaq VİDEO

Veb TV | 12:53 • 21 Noyabr 2020
Bu maskanın qiyməti sizi şoka salacaq

Dünyanın ən bahalı COVID-19 maskası hazırlanıb.


Dəyəri 1 milyon 500 min dollar olan maska İsraildə istehsal edilib. COVID-19 maskasını qızıl istehsalı ilə məşqul olan şirkətlərdən biri ərsəyə gətirib.


250 qram saf qızıldan hazırlanan maska 18 əyyardır. COVID-19 maskasının üzəri 3 600 ağ və qara brilyant qaşlarla bəzədilib.


Şirkətin iddiasına görə, maska istifadəyə tam hazır formada düzəldilib. Şirkət rəsmiləri bildirib ki, maska Amerikada yaşayan çinli iş adamının sifarişi ilə hazırlanıb. /axşam.az


Xəbər lenti